Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

Əfqanıstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu
  • DÜNYA

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 63 nəfər ölüb.

Aktual.az-nın RİA "Novosti"yə istinadən verilən məlumata görə, 7,5 bal gücündə zəlzələ nəticəsində 21 Əfqanıstan vətəndaşı həyatını itirib.

Ölənlərdən 12-si Tahat vilayətində məktəbdən çıxmaq istəyərək basabasda qalan qız uşaqları olub.

Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanda ölənlərin sayı isə 42 nəfərdir. Ölümlər Sialkon və Multan şəhərlərində qeydə alınıb.

Zəlzələnin ocağı Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR