Əfqanıstanda naməlum silahlılar sement zavodunun 15 işçisini oğurlayıb.
Aktual.az teleqraf.com-a istinadən bildirir ki, hadisə ölkənin şimal-şərqindəki Baqlan əyalətində baş verib. Oğurlananlar arasında mühəndislər, texniki işçilər və digər əməkdaşlar var.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.