Əfqanıstanda 10 terrorçu məhv edildi

Əfqanıstanda 10 terrorçu məhv edildi
  • DÜNYA

Son günlər ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri antiterror əməliyyatları nəticəsində 10 terrorçunu məhv ediblər.

APA-nın TASS agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

"Kunduz, Sari-Pul, Herat vilayətlərində aparılan əməliyyatlar nəticəsində 10 silahlı məhv edilib, digər 3-ü yaralanıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, antiterror əməliyyatları Əfqanıstan polisi, ordu hissələri və Milli Təhlükəsizlik Direktorluğunun iştirakı ilə həyata keçirilib. Reydlər zamanı silah-sursat ələ keçirilib.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR