Əfqanıstan və Pakistan Çində danışıqlara başladı

Əfqanıstan və Pakistan Çində danışıqlara başladı

Əfqanıstan və Pakistan nümayəndələri Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəddəki münaqişənin həllinə dair danışıqlar aparırlar.
Aktual.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Pakistanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Çinin Urumçi şəhərində keçirilən danışıqlar, daha əvvəl bu görüşə kömək etməsi xahişi ilə Çinə müraciət edən Əfqanıstanın təşəbbüsü ilə başlayıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, Urumçidəki görüşün məqsədi sərhəddəki hərbi münaqişənin dayandırılması yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk addım kimi iki ölkə arasında ticarətin bərpasına çağırır.
Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, hazırda onun ölkəsi və Əfqanıstandakı Taliban hökuməti açıq silahlı qarşıdurma vəziyyətindədir.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR