Əfqanıstan üçün İŞİD təhlükəsi Video

Əfqanıstan üçün İŞİD təhlükəsi  Video

Əfqanıstanda son zamanlarda hökumətə qarşı artan təzyiqlər və bu fonda təhlkəsizlik qüvvələrinin ölümlərilə nəticələnən ardıcıl partlayışlar ölkədə gərgin vəziyyət yaradıb. NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra zorakılıqlar daha da artıb. 

ANS TV-nin məlumatına görə, Əfqanıstandakı beynəlxalq qüvvələrin komandiri amerikalı general Jon Kempbel “İŞİD”in Əfqanıstanda da özünə tərəfdar topladığını deyib. Hətta, “Taliban” qruplaşması da “İŞİD”ə sədaqətini ifadə edib.

Generalın sözlərinə görə, hələlik “İŞİD” Əfqanıstanda kifayət qədər fəallıq göstərə bilmir. Lakin onun burada fəaliyyəti ölkə üçün ciddi təhlükə mənbəyidir:

“Biz “İŞİD”in böyüməsini istəmirik. Vəziyyət Suriya və İraqdakı kimi daha da mürəkkəbləşməmiş “İŞİD”in buradakı qarşısını almaq lazımdır. Lakin əfqanlar öz ölkələrində belə bir xaotik vəziyyətin yaranacağını gerçək hesab etmilər. Onlar, “Taliban”la “İŞİD” arasında ideologiya fərqini olduğunu düşünürlər”.

Bir qədər əvvəl Cəlalabad şəhərində törədilən partlayışa görə də məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb. Partlayış nəticəsində ölənlərin sayı dəqiq məlum olmasa da, 20-ə yaxın insanın yaralandığı deyilirdi.

Cəlalabadda törədilən terror aktı “İŞİD”in Əfqanıstanda törətdiyi ilk terror aktı hesab olunur.

Aktual.az

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR