Əfqanıstan İslam Respublikası Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr Bakı şəhərində səfərdə olacaq.
Bu barədə Aktual.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.
"Səfərdə məqsəd, Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırki səviyyəsi barədə müzakirələr aparmaq, təhükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.
Xəbər 310 dəfə oxunub.