Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.
Aktual.az “Report”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər dekabrın 22-də olacaq və bir gün davam edəcək.
Prezidenti səfərdə xarici işlər naziri, maliyyə naziri, milli təhlükəsizlik müşaviri, ticarət və sənaye naziri, əmək və sosial təhlükəsizlik naziri və digər yüksək rütbəli nümayəndələri müşayiət edəcək.
Rəsmi səfər zamanı Əfqanıstan və Azərbaycan arasında bir neçə sazişin imzalanması gözlənilir.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR