Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri başlayıb.
"Report" xəbər verir ki, dövlət başçısı dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi çərçivəsində 7-ci Nazirlər Şurasında iştirak edəcək.
Ə.Qəni həmçinin bir sıra rəsmi görüşlər keçirəcək. Prezidentin səfəri çərçivəsində Azərbaycan və Əfqanıstanın iqtisadiyyat və ticarət, investisiyaların müdafiəsi, hüquq-mühafizə orqanları sferasında və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq, təhsil və aviaxidmətlər sahəsində 5 sənəd imzalayacağı gözlənilir.
Aktual.az
Xəbər 549 dəfə oxunub.