Xüsusi əməliyyatlar keçirilib.
Əfqanıstan Silahlı Qüvvələrinin son sutka ərzində ölkə ərazisində keçirdiyi əməliyyatlar nəticəsində 70-dən çox yarqalı məhv edilib, 75-i yaralanıb və daha ikisi saxlanılıb.
Bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyatlar Kabul, Paktiya, Kandaqar, Daykundi və digər bölgələrdə keçirilib.
Əməliyyatlar zamanı Əfqanıstan ordusu 6 hərbçisini itirib.
Qeyd olunur ki, hərbçilər bir neçə il “Taliban” terror qruplaşmasının nəzarəti altında olan əraziləri azad ediblər.
///oxu.az