Ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Ədliyyə işçiləri Ümumxalq hüzn günündə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.


Bu hadisələrin ildönümü ilə əlaqədar ədliyyə orqanlarında tədbirlər təşkil olunaraq Ədliyyə Nazirliyində Qanlı Yanvar faciəsi ilə bağlı sənədlərdən, arxiv və fotoşəkillərdən ibarət xüsusi stend hazırlanıb, həmçinin bu barədə materiallar elektron məlumat lövhəsində yayımlanıb, kinozalda 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR