Azərbaycanın əməkdar artisti Ədalət Şükürova Dağıstan Respublikasının xalq artisti adı da verilib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü məlumat verərək sosial şəbəkədə video da yerləşdirib. Ədalət Şükürov ona verilən bu fəxri ada görə təşəkkür edib:
“Bütün Dağıstan xalqına belə böyük mükafata layiq görüldüyümə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Ədalət Şükürov 2008-cı ildə Dağıstanın əməkdar artisti adına layiq görülmüşdü.