Azərbaycan Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.
Aktual.az Trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.
Bu qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minir.