İspaniya La Liqasının son turunda keçirilən "Atletiko" - "Real" matçında Kriştiano Ronaldo ilə Koke arasında söz savaşı olub.
Aktual.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu oyun zamanı portuqaliyalıya homoseksual deyib. Ronaldo isə cavabında belə deyib: "Bəli, əclaf, mən homoseksualam, ancaq çox varlıyam".
Sözügedən qarşılaşma "Real"ın 3:0 hesablı qələbəsi ilə bitib. Ronaldo bu görüşdə het-trikə imza atıb.
Aktual.az
Xəbər 698 dəfə oxunub.