Mədəniyyət və Turizm Nazirliyində kadr islahatları aparılıb.
Nazirlikdən bildirilən məlumata görə, Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, Yusif Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
Y.Məmmədov yeni vəzifəsinə 2016-ci ilin fevral ayının 25-dən başlayıb. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil alıb.
Xatırladaq ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin keçmiş direktoru Eldar Bağırov 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.