Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb.
Aktual.az-ın Ölkə.az-a istinadən məlumatına görə, iclasdan əvvəl ISESCO ilə əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə bir sıra üzv dövlətlərin ali nümayəndələrinə mükafatlar təqdim edilib. Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də var.