“Onlar bilməlidirlər ki...”.
Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, ölkə başçısı tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidirlər:
“O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz”.