Rza Zərrabın həbsindən sonra çətin günlər yaşayan Ebru Gündeş villasını satır.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, müğənninin Kanlıcada yerləşən əkiz villasını satışa çıxardığı məlum olub.
O, mətbuat işçilərinin diqqət mərkəzində olan malikanənin satışı üçün vəkillərinə müraciət edib.
Ebrunun hara köçəcəyi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Rza Zərrab 2011-ci ildə "Mehmet Arif Bey Yalıları"dan ikisini ad günündə Ebru Gündeşə hədiyyə almışdı. Əkiz villanın 26 milyon dəyərində olduğu bəlli olmuşdu.