Əbədi gəncliyin sirri açılır

Əbədi gəncliyin sirri açılır

Dünyada ilk qadın gənc qalmaq üçün genlərini dəyişdi

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dünyada ilk qadın əbədi gənc qalmaq üçün genlərini dəyişdirib.

Bəşəriyyət tarixində ilk dəfə olaraq alimlər və həkimlər insanın bioloji saatını geri çəkməyə qərar verərək yaşlı qadının genlərinə müdaxilə ediblər.

Amerikalı təqdiqatçı Elizabet Perriş vena damarına genetik material yerləşdirilməsinə icazə verib. Bu material hər bir hüceyrə nüvəsinə daxil olub qocalmanın qarşısını almalı və orqanizmin cavanlaşmasına xidmət etməlidir.

Eksperimentin nəticələrini yəqin ki, bir qədər özünü gözlədəcək. Lakin ümid edirik, çox keçməyəcək ki, futbol sahələrinə 100 yaşlı gənclərdən ibarət komandalar çıxacaq, ağsaqqal və ağbirçək kimi ifadələr arxaizmlərə çevriləcək.

Xəbər 854 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR