Hindistanın keçmiş prezidenti Əbdül Kəlam 83 yaşında vəfat edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Kəlam Hindistan menecment institutunda mühazirə oxuyarkən ürəyi tutub.
Onun xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.
Hindistanda 7 gün matəm elan olunub.
Əbdül Kəlam 2002-2007-ci illərdə ölkəyə rəhbərlik edib.