Dözülməz baş ağrılarını aradan qaldıran möcüzəli içki

Dözülməz baş ağrılarını aradan qaldıran möcüzəli içki

Yorğunluq və baş ağrısını aradan qaldırmasıyla məşhur olan bu ətirli ot həm də təbii antidepressantdır. Söhbət lavandadan gedir.

Aktual.az Publika.az-a istinadən sizi bu yazıda tərkibində lavanda yağı və ya çiçəyi olan, baş ağrısı və yorğunluğu aradan qaldıran dadlı içki resept ilə tanış edirik.

İnqrediyentlər:
1,5 litr su
100 millilitr bal
5 limon
1 damcı lavanda yağı və ya qurudulmuş lavanda çiçəyi
Bəzək üçün lavanda çiçəkləri

Hazırlanması:

Əgər lavanda yağı istifadə edirsinizsə, onda sizə ancaq yuxarıda göstərilən inqrediyentləri qarışdırmaq lazım olacaq. Ancaq əvvəlcə limon şirəsi sıxmağı unutmayın! Alınmış içkini bir neçə saatlığa soyuducuya qoyun. Zövqə görə bir az bal, yaxud su qata bilərsiniz.

Əgər limonad üçün qurudulmuş güllərdən istifadə edirsinizsə, onu əvvəlcə qaynar suda dəmləyin. Daha sonra qapağını bağlayıb soyumasını gözləyin. Soyuduqdan sonra tənziflə suyunu süzüb üstünə limon suyu və bal əlavə edib qarışdırın. Hazır olmuş limon suyunu 30 dəqiqə soyuducuda saxlayın.

Hazırladığınız limonad baş ağrılarını, daimi gərginlik və stressi aradan qaldıraraq bədənə rahatlıq gətirir. Yeri gəlmişkən, qeyd edək ki, lavanda yağı ilə vanna qəbul etmək də yaxşı təsirə malikdir.

Xəbər 1034 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR