Döyülərək öldürülən 6 yaşlı qızın anası - Danışdı

Döyülərək öldürülən 6 yaşlı qızın anası   - Danışdı

Ölkə mediasının gündəmini zəbt edən 6 yaşlı qızın ölümü ilə bağlı maraqlı detallar bəlli olub. 

Məlumata görə, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva evdə olmayıb. S.Yarıyeva bildirib ki, o, restoranda işlədiyindən həmin gün də qızı evdə tək olub. O da məlum olub ki, Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yarıyevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib.

Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və bir övladı da var.

Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də, Ramilə həyətdə yıxılaraq sürüşüb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib.//Qafqazinfo.az 


Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR