Yol polisi Qax rayonunda reyd keçirib. Yol hərəkəti qaydalarını pozan sürcüləri qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.
YPX inspektoru Ramin Soltanov "Report"a bildirib ki, reydin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən,təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".
YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur. (Report)