Məsələ ilə bağlı açıqlama verilib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu il 8 Mart günü yol polisi tərəfindən qadın sürücülərə sürpriz ediləcəyi hələlik gözlənilmir.
Bunu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirilirdi.
Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edirdilər.