DYP-dən sərxoş xanım sürücülərə Xəbərdarlıq

DYP-dən sərxoş xanım sürücülərə   Xəbərdarlıq

“İlin əvvəlindən bu günə qədər 14 mindən artıq sürücü içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün tərəfimizdən saxlanılıb və barələrində cəza tədbirləri görülüb”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər arasında xanımlara da rast gəlinir.

`Sükan arxasında kim olursa-olsun, törətdiyi xətaya görə məsuliyyətə cəlb edilir. Spirtli içkinin təsiri altında sükan arxasında əyləşən xanımlar var ki, polisin qanuni saxlama işarəsinə əhəmiyyət vermək istəmirlər. Unutmasınlar ki, xanımlar arasında polisin qanuni tələbini yerinə yetirilməməsinə görə, həbs cəzası alanlar da olub. Təəssüflər olsun ki, özlərini əsl Azərbaycan xanımı kimi aparmayanlara da rast gəlirik. İçkili halda polis əməkdaşının qanuni tələbini yerinə yetirməmək müzakirə edə bilməz. Qanunun tələblərini hər kəs yerinə yetirməlidir”.

V.Əsədov həmçinin qeyd edib ki, ölkəmizdə 1 milyon 300 mindən artıq nəqliyyat vasitəsi var və onların 72 faizi Bakı şəhərində idarə olunur. Həmçinin 1 milyon 300 min sürücünün 40 mini xanımlardır.

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR