Dövriyyədən 40 min manatlıq saxta əskinas çıxarılıb

Dövriyyədən 40 min manatlıq saxta əskinas çıxarılıb

İlin birinci yarısında Azərbaycanda qeyri-qanuni dövriyyədən təqribən 40 min manatlıq saxta əskinaslar çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazov qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb: "Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əsginas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb".

Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR