Azərbaycanda pul bazası (manat kütləsi – red.) 2017-ci ilin yanvarında ötən ilin sonu ilə müqayisədə azalıb.
Aktual.az Fins.az-a istinadən xəbər verir ki, yanvarda pul bazası 7 mlrd. 331,7 mln. manat təşkil edib.
2016-cı ilin dekabrında isə bu rəqəm 7 mlrd. 860,5 mln. manat olub. Bu ilin yanvarında 528,8 mln. manat azalma qeydə alınıb. Faizlə ifadədə isə bu azalma 6,73% təşkil edir.
Bu rəqəm ötən ilin göstəricisindən isə yüksəkdir. Belə ki, 2016-ci ilin yanvarında pul bazasının həcmi 5 mlrd. 787 mln. manat təşkil edib. Bu rəqəm son 3 ilin göstəriciləri arasında ən minimum səviyyələrdən biridir.
Aktual.az
Xəbər 573 dəfə oxunub.