Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi - "Yanğın 900-1000 kv. metr ərazini əhatə edib"

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi -

"Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub".

APA-nın məlumatına görə, bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib.
O deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: "İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR