Bakıda Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət alan tibb işçisi kameraya düşüb.
Aktual.az xeberoxu saytına istinadən xəbər verir ki, xəstə yaxınının telefonla çəkdiyi kadrlarda tibb bacısı xəstə yaxınından "şirinlik” alır.
Hətta 5 manatı az görür, 10 istəyir. 10 manatlığı aldıqdan sonra isə üzr də istəyərək təşəkkür edir.
Xəstə yaxını deyir ki, burda hər şey pulladır: "Pulun yoxdursa xəstənə də baxmırlar. Həkimləri isə 5 - 10 manatla razı salmaq müşkül məsələdir. Baxmayaraq ki, bura dövlət xəstəxanasıdır”.
Aktual.az
Xəbər 811 dəfə oxunub.