Dövlət Təhlükəsizlik Xidmətinə yeni vəzifə həvalə olunub.
Aktual.az-ın məlumatına görə, bu Аzərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanındaəksini tapıb.
Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə əsasən özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.
Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərə, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə bu barədə məlumatlar 3 gün müddətində Dövlət Təhlükəsizlik Xidmətinə təqdim olunmalıdır.
Bu məlumatların təqdim olunmamasına görə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.