İlham Əliyev fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Dövlət Sosial Müdafiə Fondu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.
Bundan sonra qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılacaq.