Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki müsadirə edib

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki   müsadirə edib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. 

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli miqdarda­ 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır.

Aktual.az

Xəbər 750 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR