"Dövlət qurumları öz işlərini görür"


Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni daha səmərəli aparmaq üçün ictimaiyyət də fəal olmalıdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Musa Qasımlı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının korrupsiya və rüşvətxorluqla bağlı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin iclasdakı nitqi prinsipial əhəmiyyətə malik çıxış idi: "Prezident çıxışında bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, Azərbaycanın qarşıda duran hədəflərini də müəyyənləşdirmiş oldu. Məqsədlərdən biri ölkədə rast gəlinən neqativ hallara qarşı amansız mübarizənin aparılmasıdır. Korrupsiyaya və rüşvətxorluğa qarşı dövlətimizin siyasi iradəsi mövcuddur. Bu siyasi iradəni Prezident iclasda ifadə etdi".

Korrupsiyaya qarşı mübarizədə dövlət qurumlarının kifayət qədər iş gördüyünü vurğulayan M.Qasımlı, eyni zamanda rüşvətxorluğun tam aradan qaldırılmasının yollarını açıqlayıb: "Hesab edirəm ki, korrupsiya və rüşvətə qarşı mübarizənin daha səmərəli aparılmasında ictimaiyyətin də üzərinə böyük yük düşür. Dövlət qurumları öz işlərini görür. Amma cəmiyyət də onlara mənfi təzahürə qarşı yardımçı olmalıdır. İctimai nəzarət gücləndirilməlidir. Dünyanın bütün ölkələrində korrupsiya hallarına rast gəlinir, əsas məsələ korrupsiyaya qarşı siyasi iradənin olmasıdır. Bu siyasi iradəni də Prezident İlham Əliyev ortaya qoydu. İnanıram ki, bu iş uğurla davam etdiriləcək".

Xəbər 686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR