Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb.
Aktual.az bidirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə deyiblər ki, bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkədə dövlət qulluqçularının sayı 30 123 nəfər olub və onların 29,2 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 3,9 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,4 faizi 4-7-ci təsnifatları üzrə, 20,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Dövlət qulluqçularının 7,3 faizi 1 ilə qədər, 27,9 faizi 1 ildən 5 ilə qədər, 21,6 faizi 5 ildən 10 ilə qədər, 16,3 faizi 10 ildən 15 ilə qədər, 26,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Bununla yanaşı, dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsünə uyğun olaraq, 30 yaşa qədər olanlar 17,9 faiz, 30-34 yaşda 15,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 24,3 faiz, 55-62 yaşda 17,5 faiz, 63-64 yaşda 2,3 faiz və 65 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 1,2 faizini təşkil edib.
4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 11,2 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,6 faizini baş məsləhətçilər, 4,8 faizini böyük məsləhətçilər, 12,5 faizini aparıcı məsləhətçilər və 20,4 faizini məsləhətçilər təşkil edib.
Dövlət qulluqçularının ölkə üzrə orta aylıq əməkhaqqı 2015-ci ildə 611,9 manat olub.