Dövlət Neft Şirkətinin büdcəyə ödənişləri açıqlandı

Dövlət Neft Şirkətinin büdcəyə ödənişləri açıqlandı

Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin noyabrında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilib.

Bu barədə Aktual.az SOCAR-a istinadən xəbər verir. 

Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilib. 

Bu ilin noyabrında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 milyon 381 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 10,7% çoxdur. 

Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 131 milyon 751 min manat təşkil edib ki, bu da keçən ilin analoji dövründən 5 milyon 141 min manat və ya 4,1% artıqdır.
 
 Aktual.az 
Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR