Dövlət müəssisəsinin həyətində İntihar

Dövlət müəssisəsinin həyətində   İntihar

Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyində intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları işə gələrkən idarənin həyətində asılmış kişi meyiti aşkar ediblər. Dərhal hadisə barədə polis və prokurorluq əməkdaşlarına məlumat verilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, meyiti aşkarlanan şəxsin kimliyi hələlik məlum deyil.

Onun kimliyinin və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR