Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılmış yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb.
Aktual.az Report-a istinadən bildirir ki, bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.
C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: "Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar".