Dövlət Komitəsi fəaliyyətini bir neçə istiqamətdə quracaq

Dövlət Komitəsi fəaliyyətini bir neçə istiqamətdə quracaq

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Komitə sədrinin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirədə çıxış edən M.Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verilməsi ilə yanaşı, məsuliyyətini də artırır. Eyni zamanda göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və Dövlət Komitəsi bu fəaliyyətini ardıcıl olaraq davam etdirilməlidir.

Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ətraflı məlumat verərək bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək verəcək.

Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.

Aktual.az

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR