"İlkin nəticələrə görə, Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin 4 ayında nəzərdə tutulmuş proqnoz tapşırığa 136% icra olunub".
Aktual.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, 4 ay üçün nəzərdə tutulmuş 750 mln. manat proqnoza qarşı 1 mlrd. 21 mln. manat proqnoz icra olunub. Dövlət büdcəsinə 270 milyon manat əlavə vəsait ödənilib.
Aktual.az
Xəbər 615 dəfə oxunub.