Dövlət Dumasının üzvü: Hazırda Qarabağda sülhməramlılar lazım deyil

Dövlət Dumasının üzvü: Hazırda Qarabağda sülhməramlılar lazım deyil

Hazırda Qarabağda sülhməramlılar lazım deyil.
Aktual.az -ın məlumatına görə, bunu "RİA-Novosti”yə Dövlət Dumasını müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar.
"Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”, - o deyib.
Qeyd edək ki, Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR