Dövlət Dəniz Administrasiyası "elektron xidmət növləri siyahısı"ndan çıxarıldı

Dövlət Dəniz Administrasiyası

Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

Aktual.az  "Report"a istinadən bildirir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Bildirilir ki, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın 3.1.15-ci yarımbəndindən "qiymətli kağızlar," sözləri çıxarılsın.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 19-cu hissəsi ləğv edilsin.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR