Dövlət büdcəsinin xərcləri gəlirlərindən 1,2 milyard manat çoxdur - AÇIQLAMA

Dövlət büdcəsinin xərcləri gəlirlərindən 1,2 milyard manat çoxdur   - AÇIQLAMA

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. 
Nazirlikdən bildirilib ki, büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ümumi daxili məhsulun 3,7 %-i qədər kəsir yaranıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 133,7 mln. manat, xərcləri 6 821,5 mln. manat olub.
Büdcənin icrasında 687,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb. 
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR