Dövlət büdcəsinə 173 milyon 653,49 min manat köçürülüb

Dövlət büdcəsinə 173 milyon 653,49 min manat köçürülüb

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 173 milyon 653,49 min manat məbləğində vergi və rüsum köçürüb.

Aktual.az  xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 67,6% çoxdur.
Cari ilin yanvar ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 124 milyon 631,39 min manat, aksizlər üzrə 2 milyon 691,77 min manat, yol vergisi üzrə 2 mln. 113,27 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 44 milyon 217,05 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 200 mln. manat həcmində proqnozlaşdırılır.
 
Aktual.az
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR