Dövlət bu partiyalara pul ayıracaq – SİYAHI

Dövlət bu partiyalara pul ayıracaq   – SİYAHI

Azərbaycanda parlament seçkilərinin yekun nəticələri bəlli olduğundan hansı siyasi partiyalara dövlət tərəfindən pul ayrılacağı məsələsi gündəmə gəlib.

“Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılıb.

Seçkilərin nəticələrinə əsasən pul ayrılacaq partiyaların siyahısı
Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, 12 siyasi partiyaya dövlət tərəfindən maliyyə yardımı ediləcək. Partiyalar arasında ən yüksək məbləği deputat sayına görə hakim Yeni Azərbaycan Partiyası (YAP) alacaq:

1.Yeni Azərbaycan Partiyası – 71 deputat
2. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 2 deputat
3.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Qüdrət Həsənquliyev
4.Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - Asim Mollazadə
5.Böyük Qurtuluş Partiyası (BQP) - Fazil Mustafa
6. Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)- Fərəc Quliyev
7.Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) - Araz Əlizadə
8. Ana Vətən Partiyası (AVP) - Fəzail Ağamalı,
9. Vəhdət Partiyası (VP) - Tahir Kərimli
10. Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) Elşən Musayev
11. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) - Xanhüseyn Kazımlı
12. Vətəndaş Birliyi Partiyası (VBP) - Sabir Hacıyev

Qeyd edək ki, sonuncu dəfə bu il dövlət büdcəsindən “Siyasi partiyalar haqqında” qanunun icrası üçün siyasi partiyaların fəaliyyətinə 2,5 milyon manat vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, Milli Məclisin IV çağırışda siyasi partiyalara aşağıda qaydada vəsait ayrılmışdı.

1 Yeni Azərbaycan Partiyası 1 145 125,89
2 Vətəndaş Həmrəyliyi Partiyası 136 089,81
3 Ana Vətən Partiyası 121 029,57
4 Sosial Rifah Partiyası 105 969,33
5 Azərbaycan Demokratik İslahatlar Partiyası 105 969,33
6 Azərbaycan Ümid Partiyası 105 969,33
7 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 105 969,42
8 Vətəndaş Birliyi Partiyası 105 969,33
9 Böyük Quruluş Partiyası 105 969,33
10 Milli Dirçəliş Hərəkatı Partiyası 105 969,33
11 Ədalət Partiyası 105 969,33

Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR