Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən azad edildi

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən azad edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisiSialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, S. Rüstəmova Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.

Xəbər 1067 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR