Yeni Zelandiya vətəndaşları dövlət bayrağını dəyişməməyə və mövcud formanı saxlamağa qərar veriblər.
Aktual.az report-a istinadən bildirir ki, bu, adıçəkilən ölkədə keçirilən referendumun yekun nəticələrinin açıqlanmasından sonra məlum olub.
Ölkənin Seçki Komissiyasının məlumatına görə, seçicilərin 56,6%-i (1 208 702 nəfər) mövcud bayrağın saxlanılmasının lehinə səs verib. Seçicilərin 43,2%-i (921 876 nəfər) isə alternativ variantı - gümüşü ayıdöşəyi (qıjı) yarpağının iki hissəyə böldüyü, dörd qırmızı ulduzlu qara-göy bayrağı dəstəkləyib.
Referendumun açıqlanan yekun nəticələri praktiki olaraq, martın 24-də açıqlanmış ilkin nəticələrlə üst-üstə düşüb.
Referendum martın 3-dən 24-dək elektron poçt vasitəsilə keçirilib.