Duz və başağrısı

Duz və başağrısı

Başınızda dözülməz ağrı varsa təcili duz məhlulu hazırlayın. Baş ağrıları ilə zarafat etmək olmaz.

Çox sadə üsulla bu problemi kökündə həll etmək olar. Üstəlik bu kompreslə təziqiniz normallaşa bilər.

Beləliklə, ilk növbədə 8 qatlı cuna hazırlayırıq (eni alnınızın eninə,uzunu başınızın çevrə uzunluğuna uyğun).

250 ml suyu 60-70 C-dək isidirik. 2 silə çay qaşığı (yəni təpələmə olmadan) duzu bu suda həll edirik. 8%-li duz məhlulumuz hazırdır. Tez alnımızı, qulaqlarımızı, boynumuzun ardını ilıq su ilə yuyuruq. İsti  məhlulda cunanı isladırıq. Yüngülcə sıxırıq. Azacıq soyutmaq üçün  havada yellədirik. Alnımızı, qulaqlarımızı, boynumuzun ardını bu cuna ilə sarırıq. Sarğı möhkəm dursun deyə onu pambıq ləçəklə örtürük. Sonra bir qədər uzanmaq lazımdır. Çox keçmədən yüngüllük hiss edəcəksiniz. Lakin sarğını açmağa tələsməyin. Kompresdən sonra başı ilıq su ilə yumaq lazımdır. Sarğını başda 15 saatadək saxlamaq olar.

Xəbər 989 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR