Düşmən Goranboy istiqamətində tanklarla hücuma keçibmiş

Düşmən Goranboy istiqamətində tanklarla hücuma keçibmiş

"Düşmən bütün silah-sursatını atıb qaçmışdı"-Aprel döyüşlərinin iştirakçısı

Eldəniz Sadıqov: Aprel döyüşlərində əsgər və zabitlərimizin döyüş ruhu yüksək səviyyədə idi

Aprel döyüşlərində Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhu yüksək səviyyədə idi. Əgər əməliyyatlar dayandırılmasa idi, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Düşmən bütün silah-sursatını atıb qaçmışdı.

Aktual.az  xəbər verir ki, bu fikirlər martın 31-də aprel döyüşlərinin iştirakçısı olan bir qrup hərbçinin Müdafiə Nazirliyində təşkil olunan mətbuat konfransında səsləndirilib.

Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov bildirib: "Düşmən elə zənn edirdi ki, Azərbaycan Ordusunun döyüş ruhu zəifdir. Lakin biz düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv etdik. Onlar Goranboy istiqamətində tanklarla hücuma keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, onlara layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını qoyub qaçmışdı. Bundan başqa, ermənilər döyüş meydanından qaçmaq istəyən 15 əsgəri gülləyərək öldürüblər. Ermənilər indi də qorxu içindədirlər. Çünki bilirlər ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən azad edəcək”.
Aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini və bunu bütün dünyanın gördüyünü vurğulayan Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı leytenant Səbuhi Mehdizadə isə bildirib: "Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir. Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılanda içimizdə yalnız ruh yüksəkliyi var idi. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. İndi həmin yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilirik. Mən həmin döyüşdə başımdan yaralandım. Ancaq indi bizim yaralarımız sağalıb. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışıq və Ali Baş Komandanın əmrlərinə hazırıq”.
 
Aktual.az
Xəbər 22918 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR