Durov Rusiyanın köməyindən imtina edib - KİV

Durov Rusiyanın köməyindən imtina edib - KİV
  • DÜNYA

Teleqramın təsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri fransız məmura istinadla məlumat yayıb.
"Durov Rusiyanın konsulluq mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib. Lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 24 avqustda saxlanılan Durov avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Onun Fransa ərazisini tərk etməsi qadağandır.
Xəbər 235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR