Dünyanın texnologiya nəhəngi ÇÖKÜR

Dünyanın texnologiya nəhəngi   ÇÖKÜR

Texnologiya dünyasının pioneri olan "İBM" uzun illərdir öz adını zirvədə saxlayır. Ancaq maliyyə nəticələri bunun heç də belə olmadığını göstərdi.

Aktual.az technews.az-a istinadən bildirir ki, şirkət 2016-cı ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb. Belə ki, bu nəticələr son 14 ilin ən pisidir.

Xüsusilə bulud texnologiyalarında önəmli işlərə imza atan şirkət 2016-cı ilin ilk rübündə 18.68 milyard gəlir əldə edə bilib. Bu isə illik 4.6% geriləmə deməkdir. Ən çox zərər gətirmiş fəaliyyət sahəsi isə təchizatdır və burada 21.8%-lik geriləmə yaşanıb.

Qeyd edək ki, "İBM" bu sürətlə geriləmə yaşayarsa, böyük texnologiya nəhənginin iflasına şahid ola bilərik.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR