Bu sözlər hər kəsi şoka salıb.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-lı mühəndis və yazar Devid Auerbax karbon tullantılarının zamanla canlı növləri yox edəcəyini söyləyib.
O bildirib ki, Yer kürəsinin böyük hissəsi yaşayış üçün yararsız hala düşəcək. Mikrobiologiya sahəsindəki işləriylə tanınan avstraliyalı alim Frank Fenner 2010-ci ildə verdiyi bəyanatda dünyada getdikcə əhalinin artması, resursların məhdudlaşması və iqlim dəyişikliyinin dünyanın sonuna gətirib çıxaracağını bildirmişdi.
İndi isə mühəndis və ABŞ-lı yazar Devid Auerbax xəbər agentliyi "Reuters" blokunda yazdığı yazıda bu məlumatı təsdiq edərək insan növünün Yer üzündə sayılı günlərini yaşadığını bəyan edib. Auerbax yazısında Fennerin uzaqgörənliyinin qəti olmadığını qeyd edib. Onun fikrincə, karbon tullantılarının azaldılması ümumillikdə Yer kürəsinin xilas edilməsi üçün yetərli deyil.
"İşin daha çətin olan digər yarısı isə onsuz da başlamış olan iqlim dağılmasının qarşısını almaq üçün lazımi texnologiyanı tapmaqdır. Dünyanın 100 il ömrü qaldığını iddia edən tezisi ilə razıyam. Dünya daxilində istiliklərin 2 dərəcədən çox yüksəlməsinə maneə törətmək üçün karbonun buraxılmasının qarşısı alınır.
Auerbax yazısında havada istiliyin 5 dərəcədən çox yüksələcəyi təqdirdə sel, quraqlıq, dəniz səviyyəsinin yüksəlməsi, canlı növlərinin yox olması və ən pisi - planetin böyük bir hissəsinin məhv ediləcəyini ifadə edib.
Alimin bu açıqlaması elm camiyəsində geniş müzakirələrə səbbə olub.